GEDƏRGİsif. Mütləq getməli olan, qala bilməyən. Gedərgi adam. - Arazam, Kürə bəndəm; Bülbüləm, gülə bəndəm; Mən gedərgi qonağam; Bir şirin dilə bəndəm. (Bayatı). Aşıq mənəm, qalalar; Bürcsüz olmaz qalalar; Çünki gedərgi olduq; Sağlıq ilə qalalar. Sarı Aşıq. // Müvəqqəti, daimi olmayan. Həqiqət eşqilə gəldik cahana; Onun hökmüylə də gedərgiyik biz. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|