
GEDƏR-GƏLMƏZ is. Qayıtması mümkün olmayan yer; ölüm. Vücudu iki qara qəpiyə dəyməz, amma gül təki oğlanları dalbadal ləkələyib, bir-bir gedər-gəlməzə yolladılar. M.Hüseyn. [Nəbi:] Bu qoca aynalı gəlməsin gözə; Çoxunu göndərdi gedər-gəlməzə. S.Rüstəm. // Məc. mənada. Cavan gəlin, dul gəlin; Ollam sənə qul, gəlin; Bu yol gedərgəlməzdir; Gəl, gözlərəm yol, gəlin. (Bayatı). [Murtuz:] O dağın döşündə bir mağara var. Adına gedər-gəlməz deyərlər. Q.İlkin. // məc. Sürgün mənasında. Iş kəsib, ömürlük göndərdilər gedər-gəlməzə. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|