GİRİŞMƏKf 1. Həvəslə, ciddiyyətlə bir işə başlamaq, şüru etmək. Işə girişmək. Yarışa girişmək. - [Nəsir] hələ bəzi vaxt öz fikrinin üstündə duraraq böyük qardaşı ilə mübahisəyə də girişirdi. S.Hüseyn. Məclis sakit idi, hamı yeməyə girişmişdi, ağız marçıltısından başqa bir şey eşidilmirdi. Çəmənzəminli.
Cürət etmək, cəsarət göstərmək. Başqa adam belə işə çətin girişərdi. Qantəmir. Üstünə hücum etmək, cummaq. Ikisi də qızmış nər kimi bir-birinə girişdilər. “Koroğlu”. Rüstəm kişi pencəyini çıxarıb kənara atdı, Lal Hüseynə girişdi. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|