
GƏŞTis. [fars.] Gəzmə, dolanma, seyr, səyahət. □ Gəşt etmək (eləmək, qılmaq)
gəzmək, seyr etmək, dolaşmaq. Durdular iki qardaş, atları yəhərləyib dedilər: - Gedək bir qədər gəşt eyləyək, tainki bəlkə bir fikrimiz dağıla. (Nağıl). Əcəl gəşt eyləyib göydən enəndə; Heyif, cavanları salı kəməndə.. Aşıq Ələsgər. Gəştə çıxmaq - bax gəşt etmək. Bir üzü gül, rəngi lalə, zülfü tər; Gəştə çıxıb dərər tazə bənövşə. M.P.Vaqif. Yeddi gündür xanım çıxıbdır gəştə; Qapılar gəzməkdən macal da yoxdur. Aşıq Hüseyn. Paylaşın - Hamı bilsin
|