GƏZİNTİis. 1. Açıq havada əylənmək və istirahət etmək üçün miniklə, ya ayaqla yaxın yerlərə edilən səyahət; gəzişmə, seyr. Meşə gəzintisi. Axşam gəzintisi. Səhər gəzintiyə çıxmaq. - Günəş yuvarlanır dağlar dalına; Qaralır göllərin gəzinti yeri. S.Vurğun. Sevindirdi uşaqları; Sahil boyu gəzintilər. M.Dilbazi.
2. Açıq havada keçirilən kütləvi şənlik. Parkda gəzinti təşkil olunmuşdur. Kütləvi gəzinti. - [Inci:] Gecə saat on ikidən sonra daparkda böyük bir gəzinti var. S.Rəhman. [Gənclərin] gəzintisinə əsas iş sahəsinin rəis müavini mühəndis Sultan Sultanov rəhbərlik edirdi. Ə.Sadıq. Paylaşın - Hamı bilsin
|