GÜZƏRANLI sif 1. Bu və ya başqa cür güzəran keçirən, dolanacağı, həyatı olan. Pis güzəranlı. Yaxşı güzəranlı. Xoş güzəranlı.
2. Həyatı yaxşı keçən, firavan yaşayan. Bulağın hər iki tərəfinin lap güzəranlısı (is.) belə ancaq qonaq olan zaman ağ dəmir çıraq yandırardı. S.Rəhimov. // Güzəranı, həyatı yaxşı olan, varlı; yaşayışında çətinlik çəkməyən. Güzəranlı adam. Paylaşın - Hamı bilsin
|