
GÜRRAHis. Dəstə ilə çox adamın səsküylə birlikdə və birdən-birə bir işə başlaması. // Qələbəlik, axın, bir şeyin qızğın çağı. Sabah ertə alan çoxlu olur, ancaq axşamüstü bazara ləngiyənlər, alıcının gürrahına düşməyənlər ucuz satırlar. S.Rəhimov. Gürrah vurmaq (çəkmək) - səs-küylə, qışqırıqla, birdən-birə bir işə başlamaq, yaxud yüyürüşmək, axışmaq, hücum etmək. Uşaqlar gürrah çəkdilər.
Paylaşın - Hamı bilsin
|