
GÜZƏRGAH, GÜZƏRGƏH is. [fars.] klas. Keçilən yer, keçid, yol. Gəzmə, ey könlüm quşu, qafil fəzayi-eşqdə; Kim, bu səhranın güzərgəhlərdə çox səyyadı var. Füzuli. Amansız, qansız ovçuydu, güzərgahlarda tor qurdu; Dağılmış aşiyan qoydu, əlində ox-kaman keçdi. Şəhriyar. // Gəzinti yeri, gəzmək üçün yer. Professor Kəngərli gün batıb sadaq qalxana qədər sahil güzərgahında tənha gəzdi. B.Bayramov.
Paylaşın - Hamı bilsin
|