
GÖZƏL-GÖYÇƏK bax gözəl 1-ci mənada. Gözəl-göyçək qız. Gözəl-göyçək uşaq. [Hacı Murad:] ..Bir gözəl-göyçək qız al, gətir qoy evinə.. S.S.Axundov. [Sultan bəy:] Qudurğan oğlu qudurğan, bir dul xalasının əvəzində gözəl-göyçək qızımı istəyir. Ü.Hacıbəyov.
Paylaşın - Hamı bilsin
|