
GÖZƏDƏYƏNsif Nəzərə çarpan, diqqəti cəlb edən, yaxşı xüsusiyyəti ilə başqalarından fərqlənən, seçilən, ayrılan. Gözədəyən şey. - Burda gözədəyən hər şey otaq sahibinin işgüzar bir adam olduğunu göstərirdi. M.Hüseyn. Küçələrdə at ayaqlarının tappıltısı eşidilir, arabir təkəm-seyrək gözədəyən keşikçilər görünürdü. I.Şıxlı.
Paylaşın - Hamı bilsin
|