
GÖZƏLCƏsif Çox gözəl, çox yaxşı, qəşəngcə. Gözəlcə uşaq. Gözəlcə bağça. Gözəlcə səsi var. - Bir sərin, saf səhər, gözəlcə hava; Bürünüb yamyaşıl çəmən, səhra! A.Şaiq. // Zərf mənasında. Gözəlcə geyinmək. Gözəlcə nitq dedi. - Soba otağı qızdırmışdı, elektrik ətrafı gözəlcə işıqlandırmışdı. Çəmənzəminli. Şıxəli xanın sirdaşlarından Çərkəz adlı birisi Abbasqulu ağagilin evinə gözəlcə bələd imiş. Ə.Sadıq.
Paylaşın - Hamı bilsin
|