
GÖZCÜKis. 1. Kiçik göz. Qarışqanın gözcükləri. İçəriyə və ya bayıra baxmaq üçün qapıda qoyulan xırdaca deşik; gözlük. Qapıda balaca bir gözcük də vardı ki, qapı döyüləndə bu gözcükdən baxıb, gələn adamın üzünü görmək mümkün olurdu. Ə.Əbülhəsən.
Tumurcuq. Gözcüklər yaxşı inkişaf edir. - Çay bitkisini çoxaltmaq üçün 3-4 gözcüyü olan birillik çubuqlardan istifadə etmək lazımdır. B.Talıblı. Gözə oxşar (dairəvi) şəkildə olan tumurcuq və s. Kartof yumruları üzərində çuxurcuqlar olur ki, buna gözlüklər deyilir. M.Qasımov. Paylaşın - Hamı bilsin
|