İzahlı lüğət

GÜLLƏBARAN

is. 1. Çoxlu adamın birlikdə tüfəng atması; çox şiddətli atəş. İki günlük gülləbarandan sonra kəndlilər Kazımın meyitini çinar ağacından asılmış gördülər. M.İbrahimov. □ Gülləbaran etmək (eləmək) - 1) şiddətli atəşə tutmaq. Düşmənin mühüm bir dəstəsi həmin evi gülləbaran edirdi. H.Nəzərli; 2) bax güllələmək. Kütləvi qırğın. Lena gülləbaranı. - Bunun nəticəsində vücuda gələn sürgünlər, gülləbaranlar Bakı fəhlələrinin həyatına da təsirsiz qalmamışdır. M.S.Ordubadi.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed