
GİZLƏNMƏK f. Başqalarının görə və tapa bilməməsi üçün örtülü bir yerə girib qapanmaq. Pərdənin dalında gizlənmək. - Bəlli Əhməd bir fikirləşdi ki, piştaxtanın dalına girib gizlənsin. “Koroğlu”. Ozüm də.. kürkü tərsinə geyib bir damın içində gizlənmişdim. Ə.Haqverdiyev. // Məc. mənada. Ayrılıb arzumun keşməkeşindən; Gizlənmə könlümdə sən də, ey ilham? M.Müşfiq. Sözün ruhunda gizlənmiş bütün dahilərin eşqi. S.Vurğun.
Paylaşın - Hamı bilsin
|