
GİRVƏNKƏLİKsif. köhn. 1. Çəkisi girvənkə ağırlığında olan. [Taxıl buraxan] da hazırlaşdı, girvənkəlik daşı əlinə götürüb cavab verdi. Ə.Vəliyev.
Çəkilən, ölçülən şeyin ağırlığını, həcminin, tutumunun neçə girvənkəyə bərabər olduğunu bildirir. - ..Xudayar bəy üz qoydu bazara, yeddi girvənkəlik qəndlərdən bir kəllə alıb vurdu geyməsinin altına. C.Məmmədquluzadə. [Hacı Sultanın] iki girvənkəlik bürünc bir daşı vardı. S.Hüseyn. is. Girvənkə ağırlığında daş. Girvənkəliyi tərəziyə qoymaq. Paylaşın - Hamı bilsin
|