
GİZLİCƏzərf 1. Heç kəs görmədən, gözə görünmədən; xəlvəti. Gizlicə görüşmək. Gizlicə danışmaq. - Deyirlər tüstüsüz bir şair yanar; Qəlbi öz dərdini ağlar gizlicə; Bəzən gözlərində gəlib dayanar; Sevdiyi çəmənlər, dağlar gizlicə. M.Araz.
2. Heç kəs bilmədən, heç kəsin xəbəri olmadan; məxfi. Uzaqdan bir kölgə [Səlim və Mehribanı] pusur, gizlicə təqib edirdi. S.Hüseyn. Bayandır xan .. [quldurların] üstünə gizlicə göz qoydurmuşdu. M.Rzaquluzadə. Mənə gizlicə baxır; Qəzəblə dolu gözlər. B.Vahabzadə. Paylaşın - Hamı bilsin
|