
GİRVƏNKƏis. köhn. 400 qrama bərabər köhnə ağırlıq ölçüsü. İki girvənkə yağ. [Əsgər bəy:] Girvənkəsi bir manata alınan çay burada manat yarıma göydə gedir.. M.F.Axundzadə. Uşaq on dördyaşına çatan kimi, gündə ona iki girvənkə xurma verirdilər. C.Məmmədquluzadə.
□□ Girvənkə qıfıl - şəkilcə çəki daşına oxşayan, açılarkən hissələri bir-birindən ayrılan asma qıfıl. Əjdər qapının birinin üzərindəki asma girvənkə qıfilı açıb .. otağa girdi. S.Rəhman. Paylaşın - Hamı bilsin
|