
GƏLDİ-GEDƏR sif. Müvəqqəti, daimi olmayan, qeyri-sabit. [Molla Xəlil:] Bunların hamısı gəldi-gedər adamlardır. S.Hüseyn. Əldən-ələ keçir vəfasız həyat; Biz gəldigedərik, sən yaşa, dünya! S.Vurğun. ..Bu göyərçinlər başqa köçəri quşlar kimi gəldigedər deyil. M.Rzaquluzadə. // İs. mənasında. Gəldi-gedərin biridir.
Paylaşın - Hamı bilsin
|