GƏDƏ-GÜDƏ top. nifr. Keçmişdə aşağı təbəqələrə mənsub adamlara verilən təhqirli ad. [Xırdaxanım:] ..Başın qarışıb gədə-güdəyə, uşaq-muşağa, gecələr qumar, gündüz qumar. N.Vəzirov. [Sara xanım:] Murad bəyin o qədər mülkünü, bağını əlimizdən alıb öz gədə-güdələrinizə vermisiniz. Qantəmir. // top. Nökərlər. [Məhərrəm bəy:] Ay Hacı, işlər olub çox, özüm də tək, əgər gədə-güdə ümidinə qoyursan, hərəsi bir tərəfə çəkib evini dağıdır. S.S.Axundov. // məc. zar. Adi adamlar, cəmiyyətdə aşağı mövqe tutan adamlar. Olmaya damağına xanımlıq şirnisi dəyəndən sonra nazlanmısan, daha gədə-güdəyə məhəl qoymaq istəməyirsən? B.Talıblı.
Paylaşın - Hamı bilsin
|