İzahlı lüğət

GÖNDƏRMƏK

f 1. Yollamaq (birinə vermək, çatdırmaq üçün). Məktub göndərmək. Sovqat göndərmək. Poçtla pul göndərmək. [Oğul:] Ata, ayda on beş manat qardaşıma göndərə bilərsən? Ə.Haqverdiyev. [Yaşlı kişi:] Tək bir teleqram üzərinə biz [tatar tacirinə] vaqonlarla mal göndərirdik. S.Hüseyn.
Bir tapşırıqla bir yerə yollamaq. Uşağı dükana göndərmək. [Əsgər:] Günü bu gün Süleymanı görsəm göndərəcəyəm ki, gedib elçilik eləsin. Ü.Hacıbəyov. Məhəmməd Səfi ağa bir az səbr eləyib, xidmətçi qızı [Alının] dalınca göndərdi. Çəmənzəminli. // Bir məqsədlə bir yerə getməsini əmr və ya təklif etmək; təyin etmək. Idarəyə müdir göndərmək. Işə göndərmək. Uşaqları gəzməyə göndərmək. Ezam etmək, yollamaq. Müşavirəyə göndərmək. Vətənə göndərmək. - Keçən gün seçkiqabağı məni seçicilər arasında kütləvi iş aparmaq üçün Xıdırlıya göndərdilər. S.Rəhman. Bakıda Firidunu növbəti çağırışçılara qoşub, Tbilisiyə göndərdilər. Mir Cəlal.
Yazı, hərəkət və ya sözlə öz münasibətini, hissiyyatını bildirmək, ifadə etmək. Salam göndərmək.
□□ Sibirə göndərmək köhn. - Sibirə sürgün etmək. ..Səfəri adam öldürmək üstündə Sibirə göndərdilər. S.S.Axundov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed