GÖRKƏMis. 1. Xarici, ümumi görünüş. Xarici görkəm. Yaxşı, səliqəli görkəmi var. Görkəmini dəyişmək. - Tanrı elə görkəm vermişdi ona; Görənlər az qala cadulanırdı. Şəhriyar. İnsanın daxili vəziyyətini, hissiyyatını, xasiyyətini əks etdirən sifəti, zahiri siması, görünüşü. Zəhmli görkəm. Ciddi görkəm. Xəstə görkəm. - [Məryəm] gah sərt bir görkəm alıb Səlimə acıqlanır, gah özündən kənar edirdi. H.Seyidbəyli. □ Görkəm almaq - daxili vəziyyəti və hissiyyatı zahiri görünüşündə ifadə etmək. Sərhəng Firiduna baxıb ciddi və bir az da sərt görkəm aldı.. M.İbrahimov. Göz önündə açılan təbiət mənzərəsi; mənzərə, görünüş. Meşənin görkəmi. - Hər yamacın bir baharı; Hər dağın bir görkəmi var. M.Müşfiq. Baharın öz görkəmi; Qışın da öz xətti var. S.Rüstəm. Dağyolu hər yerdə bir görkəm alır; Meşədən keçərək, çaydan keçərək. H.Arif.
Bax görk. Aqrotexniki tədbirlərdən elə-belə görkəm üçün danışırdılar. (Qəzetlərdən). Paylaşın - Hamı bilsin
|