GÖRƏəd. 1. Yönlük hal şəkilçisi tələb edərək: a) səbəb bildirir. Yıxıldığına görə ayağı sındı. - Elə bax bu rəssamlığıma görə də məni lap gözdən salıblar. S.Vəliyev;
əsas, isnad bildirir. Kişi yer üzündə od qoruyandır; Kişi ona görə kişi adlanır. M.Araz. 2. Mürəkkəb bağlayıcının tərkib hissələrindən biri kimi işlədilib, özündən əvvəlki fikrin sonrakı fikrə səbəb olduğunu bildirir. Yəqin başı qarışıqdır, ona görə kağız yazmır. M.Hüseyn. Mən səni qardaşlığa qəbul etmişəm, ona görə də bu cür açıq danışıram. S.Rəhman. Paylaşın - Hamı bilsin
|