
GÖRKis. Göstərmək işi, nümayiş, göstəriş. □ Görk etmək - göstərmək, nəzərə çatdırmaq. [Katib:] Danışıqların düz olsa, Hümmətin bu hərəkətlərini açıb hamıya görk eləyəcəyik. B.Bayramov. Görk üçün göstərmək üçün, nümayiş etdirmək üçün, zahiri görünüş üçün. Məzar üstə çoxu ağlar görk üçün; Ağlayırsan - sağlığımda ağla sən. M.Araz.
Paylaşın - Hamı bilsin
|