
GEYİMLİ sif. 1. Əynində geyimi, paltarı olan, paltarlı. [Zeynalın] qarşısına on biron iki yaşlı, sadə və təmiz geyimli, qara bir qız çıxdı. S.Hüseyn. Tirmə şal geyimli, qara saçlılar; Hər tərəfə zər nişanlar dolanır. Aşıq Ələsgər. Ağ geyimli, nurani bir dərviş yol kənarında görünür. H.Cavid. // Geyinmiş, əynində geyimi olan, paltarlı (çılpaq əksi). Geyimli halda bayıra çıxdı. Geyimli uşaq.
2 məc. Uzəri bir şeylə örtülmüş, örtülü. Yaşıl geyimli təpələr. - Al-əlvan geyimli dağlar gözəli, Sən kimdən öyrəndin vüqarı, lalə? N.Rəfibəyli. Paylaşın - Hamı bilsin
|