
GÜDAZ[fars. ]: güdaza vermək - birinin məhvinə, yoxa çıxmasına, fəlakətə uğramasına səbəb olmaq. [Yasəmən:] Demədimmi nahaq yerə özünü güdaza verəcəkdir. S.S.Axundov. Gözüm su içməyir İlyasdan,
düzü; Beləsi güdaza tez verər bizi. S.Vurğun. Güdaza getmək - boş yerə məhv olmaq, yoxa çıxmaq, fəlakətə uğramaq, bədbəxt olmaq. [Qaraş:] Yoldaşların da güdaza getməyi sən kimi bişüur yoldaşların bərəkətindəndir. C.Məmmədquluzadə. Paylaşın - Hamı bilsin
|