
GÜCSÜZsif 1. Gücü, fiziki qüvvəsi olmayan və ya az olan, fiziki cəhətdən inkişaf etməmiş; qüvvəsiz. Gücsüz adam. - [Adil:] Biz [atama] sığınırdıq, onun gücsüz əlindən güc alırdıq. B.Bayramov. // İs. mənasında. Gücsüz, qüvvətsiz adam. [Musa:] Bir daha gücsüzləri çeynəyib əzməsinlər, artıq anlasınlar, yalnız yaşamaq deyil, yaşatmaq da lazımdır. H.Cavid.
2. Zəif, qüvvətsiz. Gücsüz qoşun. Gücsüz külək. Gücsüz səs. Paylaşın - Hamı bilsin
|