
GƏVƏLƏMƏKf Könülsüz, iştahasız, ağzından tökülə-tökülə yemək; çeynəmək. Kazımın oğlu yavan çörəyi gəvələyərək qaşqabağını salladı. Çəmənzəminli. [Xalıqverdi] ..çarıqlarını soyunub corablarını qurutdu, axırda da çörəyi isidib gəvələməyə başladı. Ə.Vəliyev. [Mərdan] əlində iri bir alma tutaraq gəvələyir və gözlərini süzərək Nəcəfə baxırdı. Q.İlkin.
Paylaşın - Hamı bilsin
|