İzahlı lüğət

GƏZDİRMƏK

f 1. Birisinin əlindən tutaraq, ya qucağına götürərək, yaxud miniyə mindirərək, yaxud da yanınca özü ilə bərabər hərəkət etdirmək. Uşağı bağda gəzdirmək. Körpəni gəzdirmək. Uşaqları maşında, faytonda gəzdirmək. - [Əhmədi] lap körpəliyindən xalı-xalça üstündə gəzdiribmiş.. “Koroğlu”. Dildar uşaqları gəzdirməyə aparmışdı. Ə.Vəliyev. //Cilovundan tutaraq hərəkət etdirmək. Tərini soyutmaq üçün atı gəzdirmək.
Birini özü ilə aparıb, ya onu müşayiət edib göstərmək. [Roza] məni gəzdirib otaqları göstərirdi.. Çəmənzəminli. Həmişə yanında saxlamaq, özü ilə birlikdə aparmaq. Silah gəzdirmək. - [Kərim baba] tüfəngi hər zaman özü ilə gəzdirər və bir an yanından ayırmazdı. A.Şaiq. Axır bu dəftərləri portfelə yığıb qoltuğunda gəzdirməyin mənası nədir? Qantəmir. // Üzük, saat və s. haqqında. Saat gəzdirmək.
Bir şeyi başqa bir şeyin üstündə dolandıraraq, hər tərəfinə səpmək. Plova zəfəran gəzdirmək. Halvaya darçın gəzdirmək. - Sapılcanı hər iki qabın üzərinə gəzdirdi.. S.Rəhimov.
Bir şeyi başqa bir şeyin üstünə sürtmək, dolandırmaq. Əlini uşağın belində gəzdirmək. - Möhsün müəllim əlini yuxarı daranmış sıx qara saçlarında gəzdirir. S.Rəhimov. [Ikram] ..dodaqlarını anasının üzündə gəzdirərkən qapıda səs-səmir eşidildi. Ə.Əbülhəsən.
Bir sıra isimlərə qoşularaq mürəkkəb feillər və müxtəlif ifadələr düzəldilir; məs.: göz gəzdirmək, əl gəzdirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!

GUR

......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed