İzahlı lüğət

GENİŞLƏNDİRMƏK

f 1. Genəltmək, eninə daha da böyütmək. Yolu genişləndirmək. Hüdudları genişləndirmək. - Yazda güclü sel gəldiyindən çay daşmış, yatağını xeyli genişləndirmişdi. Ə.Vəliyev.
Sayca artırmaq, böyütmək, daha da artırmaq, inkişaf etdirmək. Ticarəti genişləndirmək. Tibb məntəqələri şəbəkəsini genişləndirmək.
məc. Gücləndirmək, artırmaq. [Əhməd istəyirdi ki] ..asan bir yol ilə öz mayasını böyüdüb alverini genişləndirsin və kasıblıqda çəkdiyi əziyyətdən xilas olsun. B.Talıblı. [Alverçilər] başqa şəhərlərə, xüsusən Orta Asiyaya gedir, .. alverlərini genişləndirirdilər. Ə.Əbülhəsən.
məc. Daha da kütləvi etmək, geniş kütləni əhatə etmək. Hərəkatı genişləndirmək.
məc. Artırmaq, dərinləşdirmək, daha geniş etmək. Nüfuz dairəsini genişləndirmək. Biliyini genişləndirmək. Təcrübəni genişləndirmək.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed