GENİŞLƏNMƏKf 1. Daha geniş olmaq, genəlmək, böyümək. [Şiraslan] ..çaylar arası ilə genişlənib yayılan düzənləri görürdü. S.Rəhimov. Anbardan ağ, dolu torbalar azalır, yer genişlənirdi. Mir Cəlal. Göz bəbəkləri ixtiyarsız olaraq genişləndi. H.Seyidbəyli.
məc. Artmaq, daha geniş meydan almaq, ətrafa yayılmaq. Üfüqdə başlanan işıq getdikcə genişlənirdi. S.Rəhimov. // məc. Daha kütləvi bir şəkil almaq, geniş kütlə arasında yayılmaq. Ixtiraçılıq işi genişlənib. Paylaşın - Hamı bilsin
|