GENƏLMƏKf. 1. Gen hala düşmək, eninə böyümək, enliləşmək, genləşmək. Jaket çox geyildiyindən genəlib. Ayaqqabı genəldi. Gen şəkil almaq, gen olmaq, daha da enliləşmək. Aşağıdan dar, yuxarı getdikcə genələn və hər iki tərəfdən qulpu olan qazan partizanların həmişə karına gəlmişdi. S.Vəliyev.
məc. Genişlənmək, böyümək. Hər gün genəldi daireyi-hörmətin sənin; El uğradıqca fəqrə, şişib sərvətin sənin. M.Ə.Sabir. [Mirzə Mehrəli] otağı dolandıqca xəyal meydanı genəldi. Çəmənzəminli. Birləşib artdıqca qabarlı əllər; Daha da genəlir sözün meydanı. H.Arif. Dərman və s. təsirilə enlənmək, genişlənmək. Qan damarları genəldi. Dərmandan göz bəbəkləri genəlmişdir. Paylaşın - Hamı bilsin
|