
GÖZMUNCUĞUis. Bədnəzərdən, gözəgəlmədən qorunmaq üçün taxılan ağxallı, qara muncuq. Boynuna gözmuncuğu taxmaq.
Ağ qoçların boyunlarından ara-sıra gözmuncuğu və yaşıl meşindən tikilmiş içi dualı üçkünc pitik asardılar. H.Sarabski. İncə xanım çox qısqanır bizim yaman nəzərlərdən; Boynundakı ipək sapa gözmuncuğu taxır hərdən. S.Vurğun. Gözmuncuğu bağladı; Kəhərin birçəyinə. R.Rza. Paylaşın - Hamı bilsin
|