
GÖZLƏNİLMƏDƏNzərf Gözlənilmədiyi halda, birdən, qəflətdən, xəbərsiz, qabaqcadan nəzərdə tutulmadan. Gözlənilmədən rastlaşma. - Çovutma bir güllə gözlənilmədən; Yapışır alnıma, yıxılıram mən. S.Vurğun. Qəflətən Möhsün müəllim xəstələndi və gözlənilmədən bu pak insan torpağa getdi. S.Rəhimov. Sultan stulda yayxanaraq gözlənilmədən qəhqəhə çəkdi. İ.Hüseynov.
Paylaşın - Hamı bilsin
|