
GÖZUCUzərf Gözünün ucu ilə; quşbaxışı, ötəri. Gözucu baxmaq. Gözucu süzmək. Qurbani gözucu onları gördü. “Qurbani”. Vaqif geyinib otaqdan çıxdı və yenə gözucu arvadını süzdü. Çəmənzəminli. Gözucu qıza diqqət eləyən Surxay.. heyran olurdu. İ.Əfəndiyev.
Paylaşın - Hamı bilsin
|