GÖZLƏMƏKf Bir şeyin və ya bir adamın intizarını çəkmək, intizarında olmaq. Qatarı gözləmək. Məktub gözləmək. Yoldaşlarını gözləmək. Qonaqları gözləmək.
Şeyx tək otaqda.. təbibsiz, dərmansız ömrünün axır saatını gözləyirdi. Ə.Haqverdiyev. Vaqif çıxanda qapıda Mədinəyə rast gəldi, axşamdan orada durub gözləyirmiş. Çəmənzəminli. Şükür artıq gözləyə bilmədi. S.Hüseyn. Qorumaq, qeydinə qalmaq, qayğı çəkmək, muğayat olmaq. Özünü qatardan gözlə. Uşağı soyuqdəymədən gözləmək. - [Alacəhrə] ..qoz ləpəsini dimdiklərkən həmişə ayaqlarını halqanın içinə düşməkdən gözləyər. S.S.Axundov. Bir şeyin ümidində olmaq, arzusunda olmaq, əldə etməyə çalışmaq. Mükafat gözləmək. Mərhəmət gözləmək. 0ad xəbərlər gözləmək. - [Qoruqçu] gətirdiyi xəbərə görə ənam gözləyirdi. “Koroğlu”. İxtiyar qadın Şirəlinin öz fikrindən tezliklə daşınacağını gözləyirdi. M.Hüseyn. Ehtimal etmək, ümid etmək, düşünmək. Biz gözləyirdik ki, o, yaxşı işçi olacaq. Ata oğlan gözləyirdi, amma qız oldu. Gözlədiklərimiz doğru çıxdı. Ciddi surətdə riayət etmək, yerinə yetirmək. Qayda-qanunu gözləmək. Əmək intizamını gözləmək. - Dəftərxanada Mirzənin hörmətini gözlərdilər. Ə.Haqverdiyev. Mədəd isə üst-başına fikir verən, təmizlik və səliqə gözləyən adamdır. Ə.Vəliyev. gözləyə-gözləyə zərf Gözləyərək, intizarını çəkərək. Uşaq anasını gözlər-gözləyə yuxuya getdi. □ Gözləyə-gözləyə qalmaq gözlədiyi, intizarında olduğu, həsrətini çəkdiyi adam gəlməmək, gözləməsi nəticəsiz qalmaq. Sizə müştaq durur Bağdad elləri; Gözləyə-gözləyə qalıb yolları. M.P.Vaqif. Biçarə məhəllə adamı da gözləyə-gözləyə qaldı. N.Nərimanov. Çoxlu evli getdi, çoxlu nişanlı; Gözləyə-gözləyə qaldı gəlin, qız. H.Arif. Paylaşın - Hamı bilsin
|