İzahlı lüğət

GÖZ-GÖZƏ

zərf 1. Üzbəüz, üz-üzə, qabaq-qabağa, qarşı-qarşıya. ..Məni nahar yeməyinə saxlamaq istədisə də, mən casuslarla göz-gözə oturub nahar etmək istəmədim. M.S.Ordubadi. Kamal təyyarəni döndərib faşist quzğunu ilə üz-üzə, göz-gözə gəlməyi qət etmişdi. M.Rzaquluzadə.
2. məc. Aşkar, açıq-aydın, açıq-açığına. Dəhənin dilbərimin çeşməyi-heyvan dedilər; Kim inanar bu sözə, göz-gözə böhtan dedilər. S.Ə.Şirvani.
□□ Göz-gözə vuraraq (vurub) - xəlvəti, gizlincə, başqaları görmədən. İki gündən bir Tutu su gətirmək bəhanəsilə bulağa gedir, göz-gözə vuraraq adamlardan oğurlanıb birbaş Mürsəlin yanına gəlir. Ə.Vəliyev.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed