
GÖZLÜKis. 1. Bir şeyi daha yaxşı görmək və ya gözü qorumaq üçün gözə taxılan şüşə alət: çeşmək, eynək. Qara gözlük taxmaq. - Mən gözlük qoyuram, gözlərim çox zəifdir, amma yoldaşlarımın gözləri çox salamatdı. C.Məmmədquluzadə. [Kişi] gözlərinə qara rəngli bir gözlük taxırdı. S.Hüseyn.
2. Otağın havasını dəyişmək üçün pəncərənin açılıb-bağlanan bir gözü. Gözlüyün şüşəsi sınmışdır. Paylaşın - Hamı bilsin
|