İzahlı lüğət

GÖZGÖRƏSİ

zərf Göz görə-görə, açıqaçığına, aşkarda, açıq-aşkar. [Ələmdar:] Yoxsa görün günün-günorta çağında adam da .. belə gözgörəsi özünü soydurarmı? S.Rəhimov. Indi isə bəy həyasızlığına salıb, gözgörəsi, əməlli-başlı evlənirdi. Mir Cəlal. Mənə gözgörəsi zülm eləyirsiniz, baba. İ.Hüseynov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
.....i_l_by_id_with_comments