GÖZ-QULAQ göz-qulaq olmaq - muğayat olmaq, nəzarət etmək, baxmaq, gözdən qoymamaq. Uşaqdan göz-qulaq ol. - [Hacı Murad:] Sənin [işin] odur ki, göz-qulaq olasan, o nökər şeydən-zaddan oğurlamasın. S.S.Axundov. [Qurban:] Yaz ki, Anaxanımın, Məmişin gözlərindən mənim əvəzində öpsün və onlardan göz-qulaq olsun. A.Şaiq. [Professor:] Elədir, [fotoqrafın] üstündə göz-qulaq olmalıyıq. Q.İlkin. Göz(də)qulaqda olmaq - bütün diqqətilə baxmaq, ayıq olmaq, gözdən qaçırmamaq. [Pəri:] İndi mən gərək həmişə gözdə-qulaqda olam. Ə.Məmmədxanlı. Teymur həmişə gözdəqulaqda olur, elə bil nə isə axtarırdı. H.Seyidbəyli.
Paylaşın - Hamı bilsin
|