GÖZ-GÖZ sif. və zərf 1. Çoxlu gözləri, dəlikləri olan; deşik-deşik. □ Göz-göz etmək - çoxlu dəliklər açmaq, deşik-deşik etmək. Güllə ilə nişangahı göz-göz etmək. Göz-göz olmaq - deşik-deşik olmaq, çoxlu dəliklər əmələ gəlmək. Su gəldi, eşil, dağlar;
Ömürdür beş il, dağlar; Səndə düşmən izi var; Göz-göz ol, deşil, dağlar. (Bayatı). 2. Üzərində dairə şəklində gülləri, naxışları olan. Göz-göz parça. □□ Göz-göz eləmək - fürsət tapıb bir iş görmək. Haqnəzər yenə də göz-göz eləyib, daşı kənara atdı.. (Nağıl). Paylaşın - Hamı bilsin
|