İzahlı lüğət

GÜMAN

is. [fars.] 1. Lazımınca əsaslanmamış fikir, zənn, ehtimal. O, gümanının düz çıxmadığını görüb iri, qonur gözlərini geniş açaraq Tərlana baxdı. M.Hüseyn. Güman var ki, güman ki - ola bilər, mümkündür, ehtimal ki. Güman var ki, onun biri xəyaldır; Göydən gələn lənətdən bir timsaldır. A.Səhhət. Güman etmək (eləmək) - fikirdə olmaq, ehtimal etmək, zənn etmək. Bəziləri belə güman eləyirlər ki, müsəlmanların yekə papaqlara məhəbbəti o vədədən başlanıb ki, uşaqlar başlayıblar Quran oxumağa. C.Məmmədquluzadə. Nəriman bunun keşikçi olduğunu güman etdi. Mir Cəlal.
Şübhə, şəkk. Zərrə qədər iman; Dünya qədər güman. (Ata. sözü). Mərd igid, könlünə gəlməsin güman; Düşmənlər əlindən çəkərlər aman! “Koroğlu”. □ Gümana düşmək - şübhəyə düşmək, şəklənmək, şübhə etmək. Bu yol ilə bütün xəbərlər yayılar, hamını hiddətləndirər, müşavirədə olanlar bir-birindən gümana düşərdilər. S.Rəhimov. Kabinetdəki yeniliklərə diqqət yetirən bəzi adamlar cürbəcür gümana düşürdülər. B.Bayramov. Gümanı getmək - şübhələnmək (birindən). Hacı Kamyab .. o gecə sübhədək şəhəri dolanıb, güman gedən evlərin hamısına toxunub nə Gövhərtacdan, nə Fərmandan bir xəbər tuta bilmədi. Ə.Haqverdiyev.
Ümid, istək, arzu. Gümanım budur ki, ola ziyadə; Günbəgündən etibarım yanında. Q.Zakir. Hamınız dərdi-dilinizi ərz edəsiniz və, inşallah, gümanım bunadır, bu qapıdan naümid qayıtmayasınız. C.Məmmədquluzadə. □ Gümanı gəlmək - inanmaq, əmin olmaq, ümid etmək, arxayın olmaq. [Heydər bəy:] Yaxşı, əgər özünə gümanın gəlirsə, mən razıyam. M.F.Axundzadə. [Reyhan:] Amma çarəm yoxdur, gümanım sənə gəlir.. Ə.Məmmədxanlı.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed