İzahlı lüğət

GÜLÜNC

sif. və zərf 1. Gülməyə səbəb olan, gülməli, gülüş doğuran. // məc. Mənasız, qeyri-ciddi. Ceyrana malik olmaq fikri və hissi mənə çox qəribə, bəlkə gülünc görünürdü. S.Hüseyn. Ölüm fikri [Mələkdən] uzaqlaşdı, ona gülünc və mənasız göründü. M.İbrahimov.
2. İstehzaya, masqaraya səbəb olan, istehza doğuran. Gülünc hərəkət. // Gülmək obyekti; hamının gülməsi üçün hədəf. Dəhanın sədəfdir, dişlərin inci; Sən məni eylədin ellər gülüncü. M.P.Vaqif. [Koxa:] Mən kənardan uşaq tutub, Cavanşirlər arasında gülünc ola bilmərəm! S.Rəhimov.
Öz fikrinizi bildirin
Bu məqaləyə aid şərhlər yazılmayıb. Öz şərhlərinizi göndərmək üçün aşağıdakı bölmədən istifadə edin.!
......
Insert Error: Table './shagird_myusers/spam_checker' is marked as crashed and last (automatic?) repair failed