GÜLÜŞis. 1. Şadlıq, sevinc, məmnunluq və s. xarakter hisslərin ifadəsi olaraq ağızdan çıxan qırıq-qırıq səslər. Acı gülüş. Şən gülüş. - Əvvəl [Ceyranın] üzündə, danışığında istehzanı andıran bir gülüş vardı. S.Hüseyn. Gülün, elə gülün ki; Çatsın qulaqlarıma; Sizin gülüşləriniz. B.Vahabzadə. // İstehza. “Molla Nəsrəddin”in gülüşü kəskin bir gülüş, öldürücü bir satira idi. M.İbrahimov. Mərdan güldü. Onun gülüşü quru, qeyri-təbii çıxdı. H.Seyidbəyli.
Gülmə, şənlənmə, zarafat. Qədim vaxtlar komediyanı yunanilər gülüş üçün çıxardırlardı. N.Nərimanov. məc. Sevinc, şadlıq, şənlik. Uca ağaclardakı yarpaqlar büzüşdü, onların gülüşü matəmə döndü. M.İbrahimov. Paylaşın - Hamı bilsin
|