
GÜMÜŞÜsif Ağ-bozaçalar parlaq rəngdə olan, rəngi gümüş rəngində olan, gümüş kimi parıldayan. [Nuriyyə:] ..Gümüşü toran içindən bir motosiklin çıxdığını gördüm. İ.Əfəndiyev. Buludların parçalandığı oyuqdan ulduzlu fəzaya doğru birpəncərə açılaraçılmaz .. ayın gümüşü ziyaları həmin pəncərədən yerə yayıldı. Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|