GÜLÜMSƏMƏKf 1. Gülər kimi olmaq, təbəssüm etmək, qımışmaq, dodaqaltı gülmək, öz məmnunluğunu, ya istehzasını təbəssümlə ifadə etmək. Mənasını anlamadığı bu sözə Aydəmir sadəcə gülümsəyərək kupeyə girdi. A.Şaiq. Şəmsiyyə kədərli və fikirli olsa da [Sərhənglə] danışarkən gülümsəməyə, şad görünməyə çalışırdı. M.İbrahimov.
məc. Adamın üzünə gülmək, fərəh oyatmaq. Bahar gülümsəyir. Hər yer gülümsəyirdi. Paylaşın - Hamı bilsin
|