
GECƏ-GÜNDÜZ 1. is. Gecə-gündüzün davam etdiyi 24 saat müddət. Nə qədər gecəgündüz; Bu sayaq gəlib keçmiş. R.Rza.
zərf Daim, həmişə; bütün günü və gecəni, vaxt bilmədən. Gecə-gündüz işləmək. Gecə-gündüz çalışmaq. - Sənsiz füzun olur gecə-gündüz fəlakətim; Səbrim tükəndi, yox qəmi-hicranə taqətim. H.Cavid. [Nadir] yorulmaq bilməyib gecə-gündüz buruqların üstündə duraraq sərəncam verərdi. B.Talıblı. [Mərcanov:] Gecə-gündüz vaxt-bivaxt çalışırlar. H.Nəzərli. is. dan. köhn. Keçmişdə qadın paltarı tikilən bir ipək parçanın adı. Gecə-gündüzdən paltar geymək. □□ Gecəsi-gündüzü olmamaq - gecəgündüz bilmədən işləmək, çalışmaq rahatlıq bilməmək. Tağlar məhsul tökəndə, kişinin gecəsi-gündüzü olmaz(dı).. Mir Cəlal. Paylaşın - Hamı bilsin
|