
GECƏLƏMƏKf Gecəni qalmaq, gecəni keçirmək, bir gecəni yatmaq. Mehmanxanada gecələmək. Kənddə gecələmək. - Fəqət [Tellinin] adamsız, tamamilə xəlvət bir həyətdə yalqız qalıb gecələdiyi olmamışdı. S.Hüseyn. [Çopo:] Ev gecələdiyim zindandan daha ağır görünürdü. Çəmənzəminli. Birdən-birə mənə elə gəldi ki, mən uzun yolları aşıb gələrək nənəmin nağıllarında eşitdiyim əfsanəvi bir ölkədə gecələmişəm... Ə.Məmmədxanlı.
Paylaşın - Hamı bilsin
|