GECzərf Müəyyənləşdirilmiş, qərarlaşdırılmış vaxtdan sonra. Gec getmək. Gec xəbər tutmaq. Gec hərəkət etmək. Qatar üç saat gec gəldi. O oxumağa gec başlamışdır. - [Gülçöhrə Əsgərə:] Bir qədər gec gəlsəydin, özümü öldürmüşdüm. U.Hacıbəyov.
□□ Gec gəldi, tez öyrəndi; gec gəlib, tez öyrənən - bacarıqlı, zirək, tez uyğunlaşan adam haqqında (adətən mənfi mənada işlənir). [Məhbubə:] Burada deyiblər ki, gec gəldi, tez öyrəndi. H.Seyidbəyli. gec-gec zərf Hərdənbir, bəzən (tez-tez ziddi). [Səməd] evə gec-gec gələrdi. Çəmənzəminli. Mehriban çox gec-gec gülümsünür, gülümsünəndə də üzündəki tənasüb pozulur.. H.Seyidbəyli. Paylaşın - Hamı bilsin
|