
GƏNCLƏŞMƏKf 1. Getdikcə gənc olmaq, cavanlaşmaq, yetkinləşmək. Gəncləşmək [Muradın] əlində deyildi. Onu təbiət qocaltmışdı. S.Hüseyn. Könül istər şeir yaza; Gəncləşirəm yaza-yaza. S.Vurğun. Getdikcə Kərim daha yekəlib kişiləşir, Səlim isə boy atıb gəncləşirdi. S.Rəhimov. // məc. Özünü gənc kimi hiss etmək, qıvraqlaşmaq. Vannalardan sonra lap gəncləşmiş kimiyəm.
məc. Tərəqqi etmək, inkişaf etmək, yeniləşmək. Dönməz oğulların iradəsindən; Gəncləşir qocaman Vətən torpağı. S.Vurğun. Hər gün bir il gəncləşən boy atan bir ölkədə; Nə qədər nəğmə vardır hələ bəstələnməmiş. R.Rza. Paylaşın - Hamı bilsin
|