
GƏNƏŞMƏKf. dan. Birisinin rəyini bilmək üçün onunla məsləhətləşmək, məsləhət üçün birinə müraciət etmək. Vuran oğul dayısına gənəşməz. (Ata. sözü). [Həsən:] Yaxşı, sən get, mən də dalınca gələrəm, deyirəm, qızın anasına da bir gənəşim. Ə.Haqverdiyev. Qızı bir neçə yerdən istəyən var, ancaq dayılarına da gənəşmək lazımdır. A.Şaiq.
Paylaşın - Hamı bilsin
|